Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:50

AzadlıqRadiosu beynəlxalq mükafat alıb


Azad Avropa/Azadlıq Radiosunun Azərbaycan xidməti beynəlxalq mükafata layiq görülüb.

Noyabrın 4-də Londonda dünyanın 5 qitəsindən 200-dən çox media rəsmisinin iştirak etdiyi tədbirdə Beynəlxalq Yayım Şirkətlərinin Birliyi 2009-cu ilin ən yaxşı TV və radio verilişləri hazırlayan media şirkətlərinin adlarını açıqlayıb.

«Xəbərin ən yaxşı işıqlandırılması» kateqoriyasında AzadlıqRadiosu beynəlxalq mükafata – «AIB Media Excellence Award» mükafatına layiq görülüb. Bu mükafat radioya martın 18-də Azərbaycanda keçirilən referendumu işıqlandırılmasına görə verilib.

AzadlıqRadiosunun rəqibləri arasında «BBC World Service», «Radio Netherlands», «Russia Today», «France 24», «Radio Canada», «Australian Broadcasting Corporation» və digər nəhəng media şirkətləri olub.

Azadlıq Radiosunun Azərbaycan xidməti radionun 60 illik tarixində bu mükafata layiq görülən ilk xidmətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG