Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:59

Həmsədrlər Bakıya gəlir


Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri sabah Bakıya gəlirlər.

Bu barədə APA agentliyi diplomatik mənbələrə istinadla xəbər verir.

Agentliyin məlumatına görə həmsədrlər sabah prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək, sonra isə Ermənistan rəhbərliyi ilə danışıqlar aparmaq üçün Yerevana yollanacaqlar

Səfərdə məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünə hazırlıq məsələlərini müzakirə etməkdir.

Prezidentlər sonuncu dəfə oktyabrın 8-də Kişinyovda görüşüblər.
XS
SM
MD
LG