Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:20

IFES də Azərbaycanda işini dayandıra bilər


Beynəlxalq Seçki Sistemləri Fondunun (IFES) da taleyi qaranlıqdır. Adının çəkilməsini istəməyən qərbli mənbə deyir ki, bu təşkilat da Azərbaycanda fəaliyyətini dayandıra bilər, ona da maliyyə ayrılmayıb.

Bu haqda məlumatı IFES-in Bakı ofisinin direktoru Daniel Blessinqton AzadlıqRadiosuna belə şərh edib:

- Mən bircə onu deyə bilərəm ki, Azərbaycanda ən azı gələn il yanvarın sonuna kimi qalacağıq. Bundan sonra nə baş verəcəyini deyə bilmərəm. Ümidimiz var ki, parlament seçkilərində burada olacağıq. Gələn həftə biz bu məsələni USAİD-lə növbəti həftələrdə müzakirə edəcəyik.

Məsələyə USAID və ABŞ səfirliyindən şərh almaq mümkün olmayıb.

Noyabrın 3-də Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisi Azərbaycandan getməyə qərar verdiyini açıqlayıb. Bəzi mənbələr bunu İnstitutun layihələrini maliyyələşdirən USAID-nin quruma vəsait ayırmaması ilə izah edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG