Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:59

Amerikalı agentlərə qiyabi həbs cəzası kəsilib


İtaliyada Birləşmiş Ştatların 23 məxfi agentinə qarşı qiyabi hökm çıxarılıb.

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşları 5 ildən 8 ilədək, 2 italiyalı agent isə 3 il həbs cəzasına məhkum ediliblər.

Onlar 2003-cü ildə Milanda misirli dini xadim Usama Mustafa Hassan Hasranı oğurlamaqda itiham olunurlar.

Hassan Hasra oğurlandıqdan sonra Amerikanın hərbi bazasına göndərilib, ordan isə Misirə təhvil verilib.

Hasra Misirdə işgəncələrə məruz qaldığını deyir.
XS
SM
MD
LG