Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:48

ABŞ-ın iki ştatında respublikaçılar qubernator olub


Çərşənbə axşamı Amerikanın iki ştatında keçirilmiş qubernator seçkilərində Respublikaçıların namizədləri qalib gəlib.

Virciniyada Bob Makdonnel, Nyu-Cersidə isə Kris Kristi qalib gəlib.

Nyu-Yorkda keçirilmiş mer seçkisində isə müstəqil namizəd Maykl Blumberq demokrat Bill Tompsonu azacıq fərqlə qabaqlayaraq 3-cü müddətə yerində qalıb.

Nyu-York və Kaliforniya ştatlarında isə Konqres uğrunda mübarizə gedir.
XS
SM
MD
LG