Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:15

«Seçkilərin hansı seçki məntəqələrini əhatə etməsi MSK-nın saytında göstərilməyib»


«Bələdiyyələrə keçiriləcək seçkilərin hansı seçki məntəqələrini əhatə etməsi Mərkəzi Seçki Komissiyasının (MSK) İnternet saytında göstərilməyib».

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin noyabrın 4-də MSK sədri Məzahir Pənahova ünvanladığı müraciətdə belə deyilir.

Müraciətdə deyilir ki, saytda bələdiyyə seçkilərinin hansı seçki məntəqələrində baş tutacağı və ya əhatə edəcəyi məlumatını tapmaq mümkün deyil:

«Bununla da müvafiq bələdiyyələrə namizədliyini irəli sürən şəxslər hansı seçki məntəqələrində imzatoplama və ya təşviqat kampaniyası aparacağını öncədən müəyyən edə bilmir. Bu cür hal isə nəticədə bələdiyyə seçkiləri barədə ictimaiyyətin ətraflı və dolğun məlumatlar əldə etməsinə də məhdudiyyətlər yaradır».

MSK Seçkilər İnformasiya Mərkəzinin rəhbəri Ramil Hüseynov isə deyir ki, bu məlumatlar sayta yerləşdirilib:

«Seçici siyahısı» bölməsində ixtiyari bir dairəni seçməklə məntəqənin hansı bələdiyyəyə aid olmasını görmək olar».
XS
SM
MD
LG