Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:53

İsrail silah aparan gəmi tutub


İsrail hərbçiləri Aaralıq dənizində qanunsuz silah aparan gəmi tutublar.

İsrail komandanlığı Antiqua bayrağı altında üzən gəminin sahilin 160 kilometrliyində saxlandığını deyir.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə İran gəmiylə Suriya və ya Livandakı Hizbullah qrupuna raket və digər silahlar göndərirmiş.

Gəmi qoşquyla İsrailin Aşdod limanına gətirilib.
XS
SM
MD
LG