Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:49
Bakı-Xaçmaz yolunun Dəvəçi ərazisində Nəqliyyat Nazirliyi müfəttişlərinin döydüyü sürücü Mehman Əmirquliyev 3 il şərti həbs cəzasıyla azadlığa buraxılıb.

Noyabrın 4-də Dəvəçi rayon Məhkəməsində keçirilən prosesdə hakimin hökmü belə olub.

Mehman Əmirquliyev bu il avqustun 10-da Bakıdan Xaçmaza daş apararkən Dəvəçi rayonu ərazisində müfəttişlərdən birini döyməkdə ittiham olunurdu. Onun özü isə əksinə, müfəttişlər tərəfindən döyüldüyünü bildirmişdi.

Mehman Əmirquliyevin müfəttişlər tərəfindən döyüldüyünü əks etdirən videoçarx AzadlıqRadiosunun saytında yayımlanıb.



Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG