Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:15

Azərbaycanda tənqidçilərin ağzını neftlə yumurlar


Bütün bu cah-calalın haradan gəldiyini başa düşmək üçün isə Bakının yaxınlığındakı mavi Xəzərin sahilində neft buruqlarına baxmaq kifayətdir
Bütün bu cah-calalın haradan gəldiyini başa düşmək üçün isə Bakının yaxınlığındakı mavi Xəzərin sahilində neft buruqlarına baxmaq kifayətdir
... Telefonun zəngi sözünü ağzında qoydu. Yenə «Allahu Əkbər!» sədası idi. Bu çağırışı telefonu üçün zəng seçib.

Təxmin eləmişdim ki, İlham İbrahimov elə odur. Ona yaxınlaşmaq istəyirdim, özü yanıma gəldi, gülümsəyərək, «Mən İlhamam», - dedi.

İlhamın ağ rəngli köhnə «Lada»sına əyləşib, məscidə gedirik. Deyir ki, onun İmam olduğu məscidi hakimiyyət bu sentyabrda bağlayıb.

Mənim Bakıya gəlməkdə məqsədim də elə bu idi: Azərbaycanın hakimiyyətin elan etdiyi kimi, radikal islamın təhlükə törədib - törətmədiyini aydınlaşdırmaq.

İlham danışır: «Hakimiyyət bizə hörmət eləmir, biz yanlış heç nə etməmişik, amma bizi cəzalandırırlar. Axı nə üçün?».

... «Allaaahu Əkbər!». Telefonun səsi yenə söhbətimizi yarımçıq qoyur. Azərbaycan dilində kiminləsə sürətlə nə isə danışır...

Terrorizmlə, intiharçı bombaçılarla assosiasiya olunan ölkələrə nəzərən Azərbaycan daha az hücum riski ilə üz-üzədir. Amma ölkədə vəziyyət mürəkkəbdir.

Ölkə şimaldan Dağıstanla həmsərhəddir, bu ölkədəki qanlı hadisələri isə müsəlman üsyançıların ayağına yazırlar.

Azərbaycanın özündə neft qurumlarına və səfirliklərə qarşı azı iki terror cəhdi olub. Bu hadisələrin hər ikisində hakimiyyət xarici üsyançıları günahlandırıb.

Əlbəttə ki, Azərbaycanın daha çox qorumaq istədiyi neftdir və ya neftdən gələn var-dövlət.

NAĞIL BAKISI

Azərbaycan iqtisadi artım tempinə görə dünyada liderdir. Bu artımın sayəsində Bakının köhnə binalarının divarları ağardılıb, İçərişəhərin sehrli nağılı xatırladan qədim divarları yüksək səviyyədə bərpa olunub, qədimi məscidlər mərmər, gümüş və qızılla bəzədilib.

Bütün bu cah-calalın haradan gəldiyini başa düşmək üçün isə Bakının yaxınlığındakı mavi Xəzərin sahilində neft buruqlarına baxmaq kifayətdir.

Yəqin ki, hökumətin mümkün tənqidçilərini susduran da elə neftdir.

Fikrini açıq deyənləri isə hökumət dəfələrlə xəbərdar edib.

İndiyə qədər bu ölkədə tənqidçi jurnalistləri həbs ediblər, İlham kimi dini liderləri tutarlı səbəb olmadan işsiz qoyublar.

HEYDƏR ƏLİYEVƏ PƏRƏSTİŞ

Siz ölkənin hər yerində mərhum prezident, indiki prezidentin atası Heydər Əliyevin şəklini görərsiniz. Onun portretləri və büstləri hökumət idarələrini, binaları və meydanları bəzəyir. Konsert zalları və idman kompleksləri Heydər Əliyevin adınadır.

... İlhamla bərabər məscidə gəlirik. Ondan soruşuram ki, məscid bağlanandan sonra hökumətdən qorxurmu?

«Onlar nə istəyirlər, edə bilərlər. Bizim məscidlərimizi bağlaya, minbərimizi susdura bilərlər. Amma fəaliyyətimizin qarşısını ala bilməyəcəklər».

Və bu zaman İlhamın telefonu yenə zəng çaldı... «Allaaahu Əkbər!»

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG