Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:22

Platini klubların çoxlu borca girməsini önləmək istəyir


UEFA prezidenti Mişel Platini deyib ki, İngiltərənin futbol klubları çoxlu borca girməyi dayandırmalıdır. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün yeni qaydalar qoyulacaq.

Avropa klubları üçün yeni qaydaların tərtibinə gələn həftədən başlanacaq.

“Bizim məqsədimiz klubları məhv etmək yox, onlar üçün düzgün balans müəyyən etməkdir. Siz bizim yarışlarımızda iştirak etmək istəyirsizsə, qazandıqlarınızdan artıq xərcləməməlisiz. Əgər “Mançester Yunayted”in 300 milyon avrosu varsa və onlar 400 milyon avro xərcləyirsə - biz buna yox deyirik. Əgər “Liverpul” hər il banklara 60 milyon avro faiz ödəyirsə, bu çox böyük puldur. Almaniyada borca icazə verilmir, İngiltərədə verilir” – deyə Platini bildirib.

Liverpul klubunun indi 400 milyon avro borcu var.
XS
SM
MD
LG