Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:18

Fişer:“Gələn il NABUCCO layihəsi üçün mühüm olacaq”.


“Gələn il NABUCCO qaz kəməri layihəsi üçün mühüm olacaq”. Bunu layihənin məsləhətçisi, Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer deyib. O bildirib ki, kəmərin tikintisi üçün sənədlərin 2010-cu ildə imzalanacağına ümid edir. (DPA)

Bu bəyanat Bolqarıstanın xarici işlər nazirinin NABUCCO ilə bağlı dedikləri ilə eyni günə təsadüf edir. Rumyana Jeleva deyib ki, Sofiya Rusiyanın “Cənub axını” qaz layihəsindənsə NABUCCO-ya üstünlük verir. Çünki Avropanın enerji təchizatının müxtəlifləşməsini istəyir.

Fişer isə bu iki layihə arasında rəqabətin şişirdilməsinin əleyhinədir. O bildirib ki, Avropa Birliyinin getdikcə qaza tələbatı artır. O eyni zamanda keçən il Rusiya qazının təchizatı ilə bağlı problemlərin nəzərə alınmamasının mümkün olmadığını da deyib.

Fişer bildirb: “İndiyəcən layihəyə şübhə edənlər çox idi. Amma iyulda Türkiyənin layihəyə imza atmasından sonra artıq “qatar stansiyanı tərk etdi”.

Fişerin bildirdiyinə görə, layihə üçün kifayət qədər qaz var. “Təchizat Azərbaycandan, Türkmənistandan və Şimali İraqdan gələcək”.

Günün bütün mövzuları

XS
SM
MD
LG