Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:17

Ərdoğan Qərbdən üz döndərmədiyini deyir


Türkiyə yenə də qərbyönümlüdür və onun İranla yaxın münasibətləri xarici siyasət kursunun dəyişməsi demək deyil. Bunu Türkiyənin baş naziri Ərdoğan deyib.

Opponentləri Ərdoğanı İrana səfərinə görə kəskin tənqid edirdilər. Xüsusən də Ərdoğanın İranın mübahisəli nüvə proqramını müdafiə etməsini.

“Türkiyənin xarici siyasəti dəyişmir, normallaşır” – Ərdoğan deyib.

Ərdoğan İsraili tənqid etməsinə də aydınlıq gətirib.

“Qəzzada baş verənləri tənqid etməyimiz siyasi kursu dəyişməyimiz demək deyil. Biz harda baş verməsindən asılı olmayaraq qadın və uşaqların öldürülməsinə qarşı çıxacağıq”.
XS
SM
MD
LG