Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:40

«Baxın, həqiqət nə imiş!»


«Protokolda nə Qarabağ məsələsinə istinad, nə də bizim soyqırımı iddiamızdan vaz keçməyimizi lüzumlu qılan bir cəhət var»

«Protokolda nə Qarabağ məsələsinə istinad, nə də bizim soyqırımı iddiamızdan vaz keçməyimizi lüzumlu qılan bir cəhət var»

Oktay Eksi («Hürriyet» qəzetinin baş yazarı)

Dünən bu qəzetdə əgər söz yerinə düşərsə, Ermənistan və Türkiyədən çəkilən iki fotonu izah edən xəbər vardı. Biri, «protokolun imzalandığını görən kimi ermənilərin tələbləri meydana çıxmağa başladı» mesajını verir, o biri isə «restavrasiya edilən bir erməni kilsəsinin yaxın gələcəkdə Kayseridə qapılarını yenidən açacağından» bəhs edirdi.

Kayseridəki kilsənin restavrasiyasına 3 il qabaq başlandığına görə, protokol olsa da, olmasa da, onun açılacağı onsuz da məlum idi. Ancaq o biri - yəni, «Ermənilər tələblərini ortaya qoymağa başladılar» xəbərini bir az təhlil etmək lazımdır.

«6 OSMANLI VİLAYƏTİNİ GERİ QAYTARACAĞIQ»

Əvvəlcə bunu demək istərdim: ermənilərin tələblərində də yenilik yoxdur. Şəxsən mən hələ 1968-ci ildə Los-Ancelesdə görüşdüyümüz Daşnaksütyun üzvləri ilə mübahisə edərkən onlar «6 Osmanlı vilayətini geri qaytaracağıq» deyəndə, «Bu, sizə bir az baha başa gələr. Bunun üçün ölümə gedəcək 500 min adamınız varmı?» cavabını verdiyimi xatırlayıram.

Necə ki, son vaxtlarda David Davidyan adlı bir erməni ziyalısı da 29 iyun tarixli məqaləsində «Ermənistan ərazisinin 30 min kvadrat kilometr olduğunu, ancaq Sevr sazişinə görə, Türkiyədən 110 min kvadrat kilometr torpaq almalarının lazım olduğunu» yazırdı.

Dünənki «Hürriyet» ermənilərin sadəcə torpaq tələblərinin deyil, Türkiyədən təzminat tələblərinin də tam sürətlə davam etdiyini, hətta Ermənistanın Berndəki səfiri Şarl Aznavurun 1924-cü il tarixli, ancaq bizə məlum olmayan bir sazişi xatırladaraq, «O sazişdə vəd edilən torpaqları almaq üçün bir daha 85 il gözləyə bilmərəm» dediyini yazırdı. Bunlar ilk baxışda işin «fışdıringi» tərəfidir. Əsas cəhət - imzalanmış son iki protokolu ermənilərin necə dəyərləndirmələridir.

Protokola qarşı çıxanları bilirik. Məsələn, Dikran Kaligyan protokolla bağlı fikirlərini 3 oktyabrda Nyu-Yorkda birbaşa prezident Serj Sarkisyanın üzünə demiş, onu Ermənistandakı ermənilərlə kənarda olan ermənilərin tarixi haqlarından vaz keçməkdə günahlandırmışdı. Ancaq protokolu dəstəkləyənlərin məsələyə baxışı daha maraqlıdır. Məsələn, Kanadadakı Erməni Konqresi adlı təşkilatın üzvləri belə deyirlər:

«BAXIN, HƏQİQƏT NƏ İMİŞ!»

«Protokolda nə Qarabağ məsələsinə istinad, nə də bizim soyqırımı iddiamızdan vaz keçməyimizi lüzumlu qılan bir cəhət var.Yaradılması nəzərdə tutulan komissiya da soyqırımı məsələsini deyil, iki hökumət arasındakı münasibətləri müzakirə edəcək. Burada gündəlik məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq».

Bu təşkilat, eyni zamanda, «Ermənilərin təzminat və torpaq tələblərindən vaz keçmələrindən heç bir şəkildə söhbət getmədiyini» vurğulayır.

Deməli, ermənilər tərəfindən verilən heç bir güzəşt yoxdur. Kanadadakı Erməni Konqresi adından verilən açıqlamada bu tezislərin mənbəyi kimi protokolun rəsmi mətni göstərilir.

Hələ şükür ki, protokolun «1921-ci ildəki Kars sazişini tanıma mənasını daşımadığına» dair bir söz deməyiblər. Bir də onu desəydilər, hörmətli Şükrü Elekdağın protokolun «Ermənilər tərəfindən bu şəkildə qəbul ediləcəyi»nə dair tənqidi fikirlərini xatırladıb, bəzi adamlara «Baxın, həqiqət nə imiş!» demək lazım gələcəkdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG