Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:02

ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisi fəaliyyətini dayandırır


«Əslində bizim Azərbaycanda fəaliyyətimizi davam etdirmək fikrimiz var. Ancaq bizdən asılı olmayan səbəblərdən bu mümkün deyil». «Media forum»a danışan ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin proqram üzrə məsul nümayəndəsi Elçin Rzayev belə deyir.

O bildirir ki, noyabrın 30-dan Respublikaçılar İnstitutunun Bakı ofisinin fəaliyyəti və bununla əlaqədar olaraq Azərbaycandakı bütün proqramları dayandırılacaq.

E.Rzayev Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin 10 ildən artıqdır fəaliyyət göstərdiyini, siyasi partiyalarla sıx əlaqələr qurduğunu, seçkilər və seçkilərə hazırlıqla bağlı bir çox layihələr həyata keçirdiyini deyib. Qurum ən son olaraq «Siyasi liderlik» adlanan, siyasi partiyaların təmsilçilərinə treninqlərin keçirilməsini nəzərdə tutan layihənin gerçəkləşdirilməsinə başlayıb.

E.Rzayev noyabrın 30-dan həmin layihənin də yarımçıq qalacağını deyib, qeyd edib ki, problemlər əsasən maliyyə məsələləri ilə bağlıdır.

Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, institun Bakı ofisinin rəhbəri Ceyk Cons partiya başqanı İsa Qəmbərlə bu gün keçirdiyi görüşdə ofisin fəaliyyətinin dayandırılacağını təsdiqləyib.

Bu addımdan təəssüfləndiyini bildirən İ. Qəmbər ABŞ-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi, demokratiya və azadlıqlarla bağlı problemlərin saxlanılması baxımından ofisin işinin davam etdirilməsinin daha məqsədəuyğun olduğunu bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG