Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:18

Ukraynada donuz qripindən ölənlərin sayı artır


Ukraynada son həftə ərzində donuz qripindən öldüyü güman edilənlərin sayı artıb və 67-yə çatıb. Ukrayna Səhiyyə naziri Vasil Lazorişinets bu gün bildirib ki, ölkə üzrə qrip virusuna yoluxanların sayı 255 minə çatıb, onlardan 15-mini xətəxanalara çatdırılıb, 170-nin vəziyyəti ağırdır.

Ukraynanın Baş naziri Yuliya Timoşenko isə bildirib ki, qripə tutulanların əksəriyyəti adi qripə yoluxub və hər şey hökumətin nəzarəti altındadır. Baş nazir onu da əlavə edib ki, artıq xaricdən xüsusi dərmanlar alıblar və xəstələrin sayından iki dəfə çox dərman preparatları var və onların paylanmasına başlayacaqlar.

Ukraynada qrip virusunua yoluxanların əksəriyyəti Qərb sərhədində yaşayanlardır.

XS
SM
MD
LG