Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:59

Ermənistan arxivlərində soyqırımı sənədləri kifayət qədər deyil


Yerevanda soyqırımı abidəsi, 24 aprel 2009

Yerevanda soyqırımı abidəsi, 24 aprel 2009

Türkiyə-Ermənistan protokollarında iki məsələ əks olunmayıb - Dağlıq Qarabağ probleminin həlli və soyqırımı iddiasını araşdıran tarix komissiyasının yaradılması.

Hər iki təklifi Türkiyə verir.
Hər iki təklifi Ermənistan rədd edirdi.

Tarix komissiyasının yaradılmasını Ermənistan prezidenti Serj Sarkisyan «genosidin siyasiləşdirilmə cəhdi» adlandırırdı. Ancaq indi məlum olur ki, Yerevan tarix komissiyasına tarixçiləri artıq seçib.

Tarix komissiyası isə protokollar parlamentdə təsdiq olan kimi işə başlayacaq.

Ermənistan hakimiyyətindəki mənbə ad çəkilmədən «Hürriyyət Daily News» qəzetinə deyib ki, Yerevanın seçdiyi tarixçilər arasında diaspora tarixçiləri yoxdur.

Qəzet erməni diasporasının ən tanınmış tarixçisi Aram Sarafianın fikirlərini öyrənib. O deyir ki, tarix komissiyasının yaradılması fikri pozitivdir. Ancaq Ermənistan arxivlərində soyqırımı haqda sənədlər «kifayət qədər deyil».

Sarafyan tarix komissiyasının soyqırımı iddiasını araşdırmasını isə daha çox mənfi qarşılayır və «soyqırımı kimi incə məsələnin siyasi arenaya atılması adlandırır».

Hazırda Ermənistanda baş sındırırlar ki, Türkiyə komissiyaya hansı tarixçiləri salacaq.
Daşnak partiyasına yaxın olan «Yerkir Media» xəbər saytı bildirir ki, komissiyanın rəhbəri İstanbulda anadan olmuş erməni tarixçi Parseq Tuğlaçiyandır.
Türkiyədə onu Pars Tuğlaçı adı ilə tanıyırlar.

O birinci erməni tarixçisidir ki, 1974-cü ildə ona Osmanlı Türkiyəsinin arxivlərinə giriş verilib.

Tuğlaçı son aylar Yerevana tez-tez gedir və hazırda yenə Yerevandadır. Ancaq o, məsələ ilə bağlı heç nə demək istəməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG