Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:21

Qənimət Zahidin apelyasiya şikayətinə noyabrın 9-da baxılacaq


Bu gün Apelyasiya Məhkəməsində həbsdə olan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin şikayəti ilə bağlı məhkəməyə hazırlıq iclası keçirilib. Məhkəmə prosesi noyabrın 9-a təyin olunub. Qənimət Zahidin vəkilləri onun vaxtından əvvəl azadlığa buraxılmasını istəyir.

Baş redaktorun vəkili Elçin Sadıqovun verdiyi məlumata görə, Qənimət Zahid özü məhkəmədə iştirak etməyəcək. Hakim bu haqda vəsatəti təmin etməyib.

Qənimət Zahid 2007-ci ilin noyabrından həbsdədir. O xuliqanlıqda ittiham olunaraq 4 il azadlıqdan məhrum edilib. Bu ilin sentyabrında Əzizbəyov Rayon Məhkəməsi onun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətini rədd edən qətnamə çıxarmışdı.

XS
SM
MD
LG