Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:32

Yaşayış binasında baş vermiş partlayışda təqsirli bilinənlərə məhkəmə hökm oxudu


Bakının Naxçıvanski küçəsi, 34 saylı binasında baş vermiş partlayışda təqsirli bilinənlərə məhkəmə hökm oxudu. Noyabrın 2-də Nizami rayon Məhkəməsi Elman Niftəliyev barəsində 2 il 6 ay məntəqə tipli cəzaçəkmə hökmü çıxarıb.

Məhkəmə Rəşad Şıxməmmədovun isə 6 ay məcburi əməyə cəlb edilməsinə qərar verib.
Dövlət ittihamçısı məhkəmədən Elman Niftəliyevə 8 il 6 ay, Rəşad Şıxməmmədova isə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəmişdi.

Vəkillərsə ittihamların məhkəmədə sübuta yetirilmədiyini bildirərək hakimdən təqsirləndirilən şəxslərə bəraət verilməsini xahiş etmişdilər.

Ötən il Naxçıvanski küçəsi, 34 saylı binada qaz sızması nəticəsində baş verən partlayış zamanı 3 nəfər ölmüş, 9 nəfər yaralanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG