Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:53

Britaniyanın xarici işlər naziri Moskvaya gedir


Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend Moskvaya gedir.

Onun rusiyalı həmkarı Sergey Lavrovla aparacağı danışıqlarda ikitərəfli münasibətlər, İranın nüvə proqramı, Yaxın Şərq və Əfqanıstandakı vəziyyət, beynəlxalq maliyyə böhranı və qlobal istiləşməyə qarşı mübarizə məsələləri müzakirə olunacaq.

2006-cı ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş zabiti Aleksandr Litvinenkonun Londonda qətlindən sonra Rusiyayla Böyük Britaniya arasında münasibətlər pisləşib.

Britaniya bu qətldə Rusiya vətəndaşı Andrey Luqovu ittiham edir.
XS
SM
MD
LG