Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:12

«Cənubi Qafqaz dəhlizdən başqa bir şey deyil»


Respublikaçı Alternativ İctimai Birliyinin təsisçilərindən İlqar Məmmədov

Respublikaçı Alternativ İctimai Birliyinin təsisçilərindən İlqar Məmmədov

«Cənubi Qafqaz qlobal oyunçular üçün strateji vacib olan, iki axın üçün strateji tranzit zonasıdır». AzadlıqRadiosunun «Qafqaz Qovşağı» verilişində iştirak edən Respublikaçı Alternativ İctimai Birliyinin təsisçilərindən İlqar Məmmədov belə deyib.

«Bu Şərqdən-qərbə - Mərkəzi Asiyadan enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması və əksinə qərbdən-şərqə - NATO-nun Mərkəzi Asiyaya siyasət, hərbi və iqtisadi müdaxiləsidir. Nə qədər xoş olmasa da, bu obyektiv faktdır – Cənubi Qafqaz dəhlizdən başqa bir şey deyil. Və bu dəhliz uğrunda NATO, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında mübarizədir».

Verilişin ermənistanlı qonağı Vətəndaş Cəmiyyəti və Regional İnkişaf İnstitutunun proqram koordinatoru Şuşan Xadlamacanın fikrincə, bu gün Ermənistanın missiyası regional tərəqqiyə, sülh və regional əməkdaşlığa kömək etməkdir. «Cənubi Qafqazın missiyası nə siyasi, nə də mədəni baxımdan total eyniləşməyə uymamasıdır».

Ş. Xadlamacan deyir ki, Ermənistan özünü balanslaşmış şəkildə görür: «Tarixi və siyasi baxımdan belə müəyyənləşib ki, Cənubi Qafqazın hər bir ölkəsi bu yolu müstəqil, özünün tarixi keçmişinə, bu gününə və siyasi mədəniyyətinə uyğun keçməli olacaq».

Gürcüstanın Qafqaz Strateji Araşdırmalar mərkəzinin direktoru Mamuka Areşidze isə bildirib ki, Gürcüstan ictimaiyyəti ölkədə çətinlik yarananda hakimiyyət ətrafında səfərbər olur:

«Bax bu gün faktiki olaraq eyni vəziyyətdir. İnsanlar daha çox demokratiya, hakimiyyəti daha demokratik olmağa vadar etmək barədə yox, ölkəni necə xilas etmək barədə düşünürlər. Bu çox vacibdir. Və biz bunu müşahidə edirik».

Şərhləri göstər

XS
SM
MD
LG