Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:36

Əfqanıstanda seçki baykot edilsə belə legitim sayılacaq


Əfqanıstanda prezidentliyə namizəd Abdulla Abdulla seçkinin ikinci mərhələsiylə bağlı mövqeini bazar günü açıqlayacaq.

Bunu AzadlıqRadiosuna Abdullanın seçki qərərgahının rəsmisi deyib.

Bundan əvvəl Qərbin informasiya agentlikləri xəbər vermişdi ki, Abdulla Abdullayla indiki prezident Həmid Kərzai arasında aparılan danışıqlar nəticə vermədiyindən Abdulla seçkini baykot edə bilər.

Abdulla Abdulla Mərkəzi Seçki Komisiyasının sədri Əzizulla Lodinin istefasını və seçkinin ədalətli olacağına təminat istəyir.

Birləşmiş Ştatların Dövlət katibi Hillari Klinton deyib ki, Abdulla Abdulla seçkini baykot etsə belə seçki legitim sayılacaq.

Avqustun 20-də Əfqanıstanda keçirilmiş prezident seçkilərində çoxsaylı qanun pozuntuları qeydə alındığına görə noyabrın 7-də təkrar seçkilər keçirilməlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG