Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:39

Əfqanıstanda prezident seçkisi pozula bilər


Əfqanıstan prezidenti Həmid Kərzai və seçkilərdə onun rəqibi olacaq Abdulla Abdulla arasında aparılan danışıqlar nəticə verməyib.

Bu barədə Qərbin informasiya agentlikləri adı çəkilməyən mənbələrə istinadla xəbər verirlər.

Məlumatlara görə Abdulla Abdullanın tələbləri yerinə yetirilməsə o seçkinin ikinci mərhələsini baykot edə bilər.

Abdulla Abdulla Mərkəzi Seçki Komisiyasının sədri Əzizulla Lodinin istefasını və seçkinin ədalətli olacağına təminat istəyir.

Avqustun 20-də Əfqanıstanda keçirilmiş prezident seçkilərində çoxsaylı qanun pozuntuları qeydə alındığına görə noyabrın 7-də təkrar seçkilər keçirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG