Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:40

Neft Akademiyasında baş verən hadisədən sonra təhsil müəssisələrinin mühafizəsi gücləndirilib


«Azərbaycanda olan 4500 məktəbin hamısının mühafizəsini təşkil etmək asan iş deyil».

Bunu təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, buna baxmayaraq, təhsil müəssisələrinin mühafizəsinin təşkil edilməsi üçün Azərbaycanın hüquq-mühafizə orqanları ilə birgə iş aparılır:

«Ola bilər ki, bəzi kiçik məktəblər mühafizələrini öz hesablarına təmin etsinlər. Lakin hər bir halda təhsil müəssisələrinin mühafizəsi Dövlət Neft Akademiyasında aprelin 30-da baş verən hadisədən sonra gücləndirilib. Ümid edirəm ki, belə hadisə bir daha təkrarlanmayacaq». / APA /

Günün bütün mövzuları

XS
SM
MD
LG