Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:08

Şirakı məhkəməyə çəkirlər


Fransanın keçmiş prezidenti Jak Şirak məhkəmə qarşısına çıxmalıdır.
Bu qərarı istintaq materilalarını araşdıran hakim verib.
Həmin materiallarda söhbət Şirakın Paris meri olduğu vaxt meriya büdcəsindən meriyaya işləməyən adamlara pul ödəməsindən gedir.
Həmin şəxslər meriyadan çox, Şiraka və onun partiyasına işləyirdilər.

Hazırda 76 yaşı olan Jak Şirak 1977-ci ildən 1995-ci ilə, prezident seçilənə kimi Paris meri olub.
Şirak 2007-ci ildə Fransa prezidentliyindən gedəndə onun toxunulmazlığı ləğv olunub.

Hazırda Şirak mədəniyyətlər arasında dialoqdan kitablar yazır.
O Parisin mərkəzində, Livanın keçmiş baş naziri Rafik Həririyə məxsus binada yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG