Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:35

Cənubi Koreya kiber hücumda Şimali Koreyanı günahlandırır


Cənubi Koreyanın kəşfiyyat rəhbəri iyuldakı kiberhücuma görə Şimali Koreyanı günahlandırıb.
İyul ayında Cənubi Koreyada ölkənin hökumət və kommersiya saytları və eləcə də böyük Amerika şirkətlərinin saytları qısa müddətə sıradan şıxmışdı.

Cənubi Koreya parlamentində bağlı qapılar arxasında gedən və bəzi məqamları mediaya sızan müzakirələrdə Cənubi Koreya kəşfiyyatının rəhbəri Von Sey Hun deyib ki, həmin kiberhücumda Çindəki şəbəkələrdən istifadə olunub və sübut olunub ki, bu şəbəkələrin xətlərini Şimali Koreyanın Telekommunikasiya nazirliyi icarəyə götürübmüş.
XS
SM
MD
LG