Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:50

Türkmənistanda ətraf mühit fəalı adam döymək ittihamı ilə 4 il həbs cəzası alıb


Türkmənistanda ətraf mühiti qorumaq uğrunda mübarizə aparan fəala 4 il həbs cəzası verilib.
Bu məlumatı verən Human Rights Watch təşkilatı fəala qarşı ittihamı saxta adlandırır.

Təşkilat bildirir ki, Andrey Zatoka adlı bioloq bazarda naməlum şəxsin hücumuna məruz qalandan sonra həbs olunmuşdu.
Həbsi ədalətsiz adlandıran təşkilat bildirir ki, Zatokanı başqasına hücum etməkdə ittiham edirdilər.

Zatokanın təbiəti mühafizə qrupunu hökumət 2003-cü ildə qadağan edib.
Zatoka 2006-cə ildə silah və təhlükəli maddələrlə işləməyə görə şərti cəza aldı.
Zatokaya həmçinin ölkəni tərk etmək də qadağan olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG