Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:52

Prezident Bakiyev ogluna vəzifə verir


Qırğızıstan prezidenti Kurmanbek Bakiyev öz oğlunu İnkişaf, İnvestisiya və İnnovasiya Agentliyinə sədr qoyub.

32 yaşlı Maksim Bakiyev iqtisadi siyasətin əsas istiqamətlərinə və mühüm investisiya layihələrinə nəzarət edəcək və yalnız prezidentə- öz atasına hesabat verəcək.

Yeni təyinat hökumətin istefasından və struktur dəyişikliklərindən sonra elan olunub.

Bakiyev hakimiyyəti bildirirdi ki, struktur dəyişikliyində məqsəd hökumətin işini daha effektiv etməkdir.

Müxalifət Maksim Bakiyevin təyinatını prezidentin öz hakimiyyətini gücləndirməsi kimi qiymətləndirib və etirazla qarşılayır.
XS
SM
MD
LG