Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:03

İran nüvə sazişinin əsas elementini rədd edir


Avropa Birliyi liderləri İranı BMT-nin hazırladığı saziş layihəsini qəbul etməyə çağırırlar.
Media məlumatlarına görə, İran bu layihəyə dəyişiklik təklif edir. Həmin dəyişiklik nüvə sazişinin əsas elementini rədd etmək deməkdir.

Saziş layihəsinə görə, İran öz uranını xaricə göndərir və zənginləşdirildikdən sonra nüvə yanacağı kimi bu uran İrana qayıdır.
Həmin yanacaq nüvə bombası düzəltməyə artıq yaramır.

Bu gün Avropa Birliyi liderlərinin məsələ ilə bağlı xüsusi bəyanatı olmalıdır.
Bəyanatın layihəsində Avropa Birliyinin İrandakı missiyalarından tutulan işçilərin və məhkəməsi gedən Avropa vətəndaşlarının buraxılmasına çağırılılır. Böyük Britaniya bildirir ki, onun İrandakı səfirliyinin iranlı işçisi casusluqda ittiham olunaraq 4 il həbs cəzası alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG