Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:05

Nalbandyan:"Ermənistanın mövqeyini beynəlxalq aləm də bölüşür"


“Ermənistan-Türkiyə və Dağlıq Qarabağ prosesləri bağlı deyil və bağlı ola bilməz.
Bu mövqe təkcə Ermənistana məxsus deyil.
Bu fikri beynəlxalq aləm də bölüşür. “

Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevanda mətbuat konfransında deyib.

Nalbandyan bildirib ki, Ermənistan-Türkiyə münasibətlərini normallaşdırmaq cəhdlərinin Dağlıq Qarabağ probleminin həll edilməsinə heç bir dəxli yoxdur.

Nalbandyan deyib ki, bütün verilən şərhlər ikinci dərəcəli rol oynayır, çünki Sürixdə imzalanan protokollarda heç bir ilkin şərt yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG