Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:47

Həbsxanaya narkotik və mobil telefon keçirilir


«Azərbaycanın cəzaçəkmə müəssisələrində yeni iş yerlərinin açılması üçün təkliflər hazırlanır». Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov «Trend»ə müsahibəsində belə deyib.

Əlavə edib ki, hazırda mövcud imkanlar hesabına bir sıra cəzaçəkmə müəssisələrində kiçik istehsal sahələri yaradılıb və cari il ərzində məhkumların 20%-nin haqqı ödənilən işə cəlb edilməsinə nail olunub.

Penitensiar Xidmətin rəisi müəssisələrə qadağan olmuş əşyaların keçirilməsinə də toxunub. N. Ələkbərov bildirib ki, «bu il ərzində 78 belə fakt qeydə alınıb. Onlardan 48 fakt narkotik maddələrin qeyri-qanuni dövriyyəsi, 30 fakt isə qadağan olunmuş digər əşyalar, xüsusilə mobil telefonlarla bağlı olub».
XS
SM
MD
LG