Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:21

AB-nin ilk prezidentini seçməsi asanlaşır


Avropa Birliyinin ilk prezidentinin seçilməsi üçün yol aydınlaşıb. Oktyabrın 29-da Brüsseldə AB liderləri Çexiyanın da Lissabon müqaviləsini təsdiqləməsi üçün təkliflər veriblər.

Çexiya rəsmiləri deyib ki, Konstitusiya məhkəməsi müqavilənin Çexiya qanunlarını pozmadığını müəyyənləşdirsə, indi prezident Vaslav Klaus sənədi imzalayacaq.

Məhkəmə məsələyə gələn həftə baxacaq.

Avropa Birliyində islahatların aparılmasını nəzərdə tutan Lissabon müqaviləsinin qüvvəyə minməsi üçün onu qurumun 27 üzvü də təsdiqləməlidir.

Çexiya sənədi ratifikasiya etməyən sonuncu ölkədir.
XS
SM
MD
LG