Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:21

Klinton Pakistan hökumətini tənqid edib


ABŞ Dövlət katibi Hillari Klinton Pakistan hökumətini tənqid edib. O, hesab edir ki, ölkə rəhbərliyi Əl-Qaidə liderlərini tutmaq üçün kifayət qədər səy göstərmir.

Klinton bunu Pakistanın Lahor şəhərində mətbuat konfransı zamanı deyib. O, Əl-Qaidə lideri Usama Bin Laden və onun yaxın tərəfdarlarının Pakistan ərazisində yerləşə biləcəyi ilə bağlı məlumatı şərh edərkən belə deyib.

Dövlət katibi bildirib ki, İslamabadın terrorçuların harada olduğunu bilmədiyinə «inanmaq çətindir». Bununla belə onları tutmağın mümkünsüzlüyünü də istisna etməyib.

Pakistan hökuməti hələlik ABŞ rəsmisinin bəyanatına şərh verməyib.

H. Klintonun Pakistana səfəri oktyabrın 30-da başa çatır. İki gün əvvəl İslamabada gələndən sonra Peşəvər şəhərində partlayış olub. Azı 105 nəfər ölüb, 200-dən çox insan yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG