Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:04

Türkiyədə donuz qripindən ölənlərin sayı artıb


Türkiyə və İtaliyada donuz qripindən ölənlərin sayı artıb.

Oktyabrın 30-da Türkiyənin Səhiyyə nazirliyi 34 və 37 yaşlı iki qadının virusdan öldüyünü təsdiqləyib. Bununla da Türkiyədə H1N1 virusundan ölənlərin sayı 3-ə çatıb.

Türkiyədə 1400-dən artıq donuz qripinə yoluxma qeydə alınıb, onların 16-sı xəstəxanada müalicə olunur.

İtaliyada isə virusdan 11 nəfər ölüb. Onların 4-ü bu həftə Nepal şəhərində ölüb.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə indiyə kimi təxminən 5 min adam donuz qripindən ölüb.
XS
SM
MD
LG