Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:44

İlham Əliyev Abdullah Gülü ad günü münasibətilə təbrik edib


Oktyabrın 29-da Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülə telefonla zəng edib. Dövlət başçısı Abdullah Gülə ad günü münasibətilə, eyni zamanda, Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə təbriklərini çatdırıb. İlham Əliyev Türkiyə prezidentinə cansağlığı, fəaliyyətində uğurlar və Türkiyə xalqına firavanlıq arzulayıb.

Türkiyə prezidenti təbriklərə və göstərdiyi diqqətə görə İlham Əliyevə minnətdarlığını bildirib, Azərbaycan xalqına ən xoş arzularını çatdırıb.

Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzərTAc
XS
SM
MD
LG