Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:59

Həmsədrlər regiona gəlir


Həmsədrlərin regiona növbəti səfəri noyabrın ilk həftəsinin sonunda olacaq. Xarici İşlər naziri Elmar Məmmədyarov bu barədə məlumat verib.

Lüksemburqda Ermənistanın xarici işlər naziri Edvard Nalbnandyanla ikitərəfli görüşlərinin olmadığını bildirən E. Məmmədyarov Minsk Qrupu həmsədrlərinin XİN başçıları ilə ayrılıqda görüşdüklərini deyib: «Biz Qarabağ probleminin həlli prinsiplərini müzakirə etdik. Noyabrda keçiriləcək görüşdə bununla bağlı müzakirələr davam etdiriləcək».

Nazir deyib ki, ATƏT ölkələri xarici işlər nazirlərinin dekabrın əvvəlində Afinada keçiriləcək görüşündə də Dağlıq Qarabağ problemi ilə bağlı müzakirələr aparılacaq: «Afinada görüşün olub-olmaması həmsədrlərin noyabrda regiona səfərindən asılıdır». /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG