Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:53

Brüsseldə Avropa Birliyi sammiti keçirilir


Oktyabrın 29-da Brüsseldə Avropa Birliyi sammiti keçirilir. İqlim dəyişikliyi və Lissabon müqaviləsi görüşün əsas müzakirə mövzularıdır.

Avropa Komissiyası tövsiyyə edir ki, Avropa Birliyi ölkələri iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün 2013-cü ildən başlayaraq hər il inkişaf etməkdə olanlara 15 milyard avro pul ödəsin. Amma birlik ölkələri vəsaitin bölüşdürülməsi ilə bağlı razılıq əldə edə bilmirlər.

Sammitdə həmçinin Çexiyayanın da Lissabon müqaviləsini ratifikasiya etməsi üçün təklif nəzərdən keçiriləcək.

Çexiya Avropa Birliyində islahatların aparılmasını nəzərdə tutan Lissabon müqaviləsini imzalamayıb. Sənədin ölkə suverenliyinə qarşı olduğunu deyir.

Lissabon müqaviləsinin qüvvəyə minməsi üçün onu Avropa Birliyinin bütün üzvləri təsdiqləməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG