Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:06

BQXK azərbaycanlı hərbçilərə baş çəkib


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistanda əsirlikdə olan 2 Azərbaycan hərbçisi ilə görüşüblər.

BQXK-nın Azərbaycan nümayəndəliyindən bildirilib ki, keçən həftənin axırında baş tutan görüş zamanı əsirlərin saxlanma şəraitinin monitorinqini keçirib və onlarla təkbətək söhbət aparıb.

Azərbaycan Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin əsgəri Rafiq Həsənov 2008-ci il oktyabrın 8-də Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.

Anar Hacıyev isə mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

Əsirlərə sonuncu dəfə iyulun 23-də baş çəkilmişdi. /APA/
XS
SM
MD
LG