Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:57

İran cavab verəcək


Gözlənilir ki, İran oktyabrın 29-da uranı xaricdə zənginləşdirməklə bağlı təklifə cavab verməlidir.

İran mətbuatı yazır ki, bu gün Vyanada İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki rəsmisi Əli Əşqar Soltani ölkəsinin cavabını qurumun başçısı Məhəmməd Əl-Baradeyiyə verəcək.

Məlumata görə Tehran uranın böyük hissəsinin xaricdə zənginləşdirilməsi planı ilə razılaşacaq, ancaq bəzi dəyişikliklər təklif edəcək.

Bu gün həm də Atom Enerjisi Agentliyinin müfəttişləri İrandan Vyanaya qayıtmalıdır. Onlar əvvəllər Qum şəhərində gizli saxlanan nüvə obyektini yoxlayıblar.
XS
SM
MD
LG