Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:58

Klaus Avropa Birliyinin Lissabon sazişinə imza atmağa hazırdır


Çexiya prezidenti Vaslav Klaus söz verib ki, Avropa Birliyi onun ölkəsini Lissabon sazişindəki bəzi maddələri yerinə yetirmək öhdəliyindən azad edəcəksə, sazişə qol çəkəcək. Bu haqda Çexiyanın baş naziri Yan Fişer bildirib.

Avropa liderlərinin oktyabrın 29-30-da keçiriləcək sammitində həmin “bəzi maddələr” müzakirə ediləcək. Çexiya 2-ci Dünya Müharibəsindən sonra ölkədən qovulan almanların əmlak iddiaları ilə çıxış etməməsinə əmin olmaq istəyir.

Klaus sazişi imzalamayan yeganə Avropa lideridir. Lissabon sazişi Avropa Birliyində daha çevik idarəçilik yaradılmasına yönəlib.
XS
SM
MD
LG