Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:20

Avropa Birliyini Özbəkistana görə kəskin tənqid edirlər


Avropa Birliyinin Özbəkistana silah satışı ilə bağlı embarqonu ləğv etməsi beynəlxalq təşkilatlar tərəfindən kəskin tənqid edilib.

Human Rights Watch, Sərhədsiz Reportyorlar və Beynəlxalq Böhran Qrupu birgə bəyanatlarında bildiriblər ki, Özbəkistan sanksiyanın götürülməsi haqqını qazanmayıb, çünki insan haqlarının vəziyyətinin yaxşılaşdırılması üçün faktiki olaraq heç nə etməyib.

Bəyanatda Avropa Birliyinin addımı “Özbəkistanda zorakılıq qurbanı olanların haqlarının bərpası üçün məsuliyyətdən insafsız şəkildə imtina” kimi qiymətləndirilib.

Özbəkistana silah embarqosu 2005-ci ildə qoyulmuşdu. Onda özbək hökuməti qanlı Əndican hadisələrinin araşdırılması üçün beynəlxalq qrupun yaradılmasına razı olmamışdı.

İnsan haqları təşkilatları deyir ki, Avropa Birliyi ölkələri özlərinin Əfqanıstandakı hərbi əməliyyatlarına dəstəyə nail olmaq üçün Özbəkistandan yardım almaq üçün dəridən-qabıqdan çıxırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG