Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:38

50 il bundan əvvəl qəzetlər nədən yazırdı...


50 il bundan əvvəlki - 1959-cu ilin 26 oktyabr - 1 noyabr həftəsində demək olar ki bütün manşetlərdə BMT Baş Məclisinin siyasi komitəsində Sovet hökumətinin hamılıqla və tamamilə tərksilah olunmaq haqqındakı təklifinin müzakirəsi yer tutub.

Çıxışlardan ən maraqlısı isə Nikita Xruşşovun 31 oktyabr tarixində BMT-də etdiyi çıxışda Türkiyə haqqında dedikləridir:

- Bizim cənub qonşumuz Türkiyə kimi bir ölkə NATO-da da SENTO-da da iştirak edir, ancaq hələlik görünür məsafənin uzaqlığı üzündən SEATO-ya daxil olmamışdır. Lakin belə ölkələrə kömək deyilən şey vəd edilsə, onları məsafənin uzaqlığı da çəkindirməyəcəkdir. Doğrudur «Kömək vəd etmək» hələ heç də kömək göstərmək demək deyildir. Zənnimcə, Türkiyənin hakim dairələrinə müəyyən bir məbləği yalnız vəd etsələr, onlar sevinclə SEATO-ya da, hər hansı bir «ATO»ya da sözsüz daxil olarlar.

«NEFTÇİ»: «PALLOSEURA»: 3:0

30 oktyabrda isə «Neftçi» futbol komandası Finlandiyanın «Palloseura» komandasına 3:0 hesabıyla qalib gəlib. Palloseura komandası 1955-1958-ci illərdə ölkə çempionu olubmuş. Oyunun birinci yarısında Mironov Eynullayevin ötürdüyü topu Finlandiya komandasının qapısından keçirir. İkinci hissədə Haciyev «Neftçi»ni 2 top fərqilə önə çıxarır. Matçın bitməsinə az qalmış Ələsgərov 25 metr məsafədən 3-cü topu rəqibin qapısından keçirib.

SSRİ AYIN YERDƏN GÖRÜNMƏYƏN FOTOŞƏKİLLƏRİNİN ALINMASINI BAYRAM EDİR

1969-cu il oktyabrın son həftəsi qəzet manşetlərini böyük hərflərlə Sovet planetlərarası avtomat stansiyası vasitəsilə Ayın yerdən görünməyən tərəfinin fotosu bəzəyir.


1969-cu il, oktyabrın 30-da «Qızıl Payız» müsabiqəsinin laureatları məlum olub. 28 yaşlı Vaqif Mustafazadə müsabiqədə 3 qat laureatla birinci yerə layiq görülmüşdür. Muğam üzrə Xasay Qaravəlli və Asəf Zeynallı adına musiqi məktəbinin tələbəsi Elmira Əliyeva birinci yeri tutublar. Bəstəkar Tofiq Babayev Bakı haqqında bəstələdiyi mahnıya görə «Baku» axşam qəzetinin xüsusi mükafatı ilə təltif edilib.

BÖYÜK QƏLƏBƏ

1979-cu il 27 oktyabr tarixli qəzet səhifəsi rəngarəng şüarlarla zəngindir. Çünki həmin gün Azərbaycan üzümçüləri SSRİ ərazisində üzümçülük üzrə planı hamıdan tez və artıq doldurmaqla birinci yerə çıxmışdı.


Qəzetin mədəniyyət bölməsində Süleyman Rəhimovun «Mehman» povesti əsasında çəkilmiş «Qanun Naminə» filminin elanı yer alır.


Budəfəki araşdırmada diqqətimi bir şüar da cəlb etdi:

Neft və Qaz sənayesi işçiləri neft və qaz çıxarılması, yeni neft və qaz yataqlarının istifadəyə verilməsi sürətini arasıkəsilmədən artırın! Neftayırma zavodlarının gücünü artırın, neft məhsullarının keyfiyyətini yaxşılaşdırın! Ölkəyə daha çox neft və qaz verək!

(Böyük Oktyabr Sosialist İnqilabının 42-ci ildönümü münasibətilə Sovet İKP MK-nın şüarlarından)

HƏMÇİNİN OXU:

20 il bundan əvvəl bu gün qəzetlər nədən yazırdı...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG