Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:24

Klinton 80-dən çox adamın öldüyü partlayışı pisləyib


Pakistana səfərə gələn Amerikanın dövlət katibi Hillari Klinton Peşavar şəhərində törədilən partlayışı piləyib.

Partlayışda 80 nəfərdən çox adam ölüb, 100-dən çox adam yaralanıb. Bomba qoyulan maşın şəhərin gur bazarlarının birində partladılıb. Bu, ilin əvvəlindən bəri Pakistanda törədilən ən qanlı partlayışdır.

Partlayış Klintonun Pakistana gəlməsindən bir neçə saat qabaq törədilib.

Klinton xarici işlər naziri Şah Mahmud Qüreyşi ilə görüşündən sonra bildirib ki, Amerika ekstremizmə qarşı mübarizədə Pakistana əlindən gələn köməkliyi göstərəcək.

Klinton deyib ki, Amerika Pakistan ordusunun islamçı ekstremistlərə qarşı keçirdiyi əməliyyatları dəstəkləyir və onlar Pakistan xalqı ilə çiyin-çiyinə verib sülh və sabitlik uğrunda mübarizə aparmağa hazırdılar.

Pakistan ordusu axır həftələtdə Əfqanıstanla sərhəddə yerləşən Vəziristan vilayətində ekstremistlərə qarşı geniş əməliyyatlar keçirir. Yraqlaılar isə buna silsilə partlayışlarla cavab verməkdədirlər.
XS
SM
MD
LG