Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:14

Pakistanda onlarla adam ölüb və yaralanıb


Pakistanın Peşəvər şəhərində partlayışda onlarla adam ölüb və yaralanıb.
Hələ ki, itki barədə ətraflı məlumat verilmir. Amma həkimlər izdihamlı bazarda partlayışda 50-dən artıq adamın öldüyünü, 100-dən çoxunun yaralandığını bildirir.

Polis partlayışa maşına yerləşdirilmiş partlayıcı səbəb olduğu bildirilir.

Hadisəyə görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Son həftələr ərzində Pakistanda yaraqlıların hücumlarının sayı artıb. Bu arada hökumət Əfqanıstanla həmsərhəd Cənubi Vəziristanda talibana qarşı əməliyyatlar davam edir.

Bu günkü partlayışdan bir qədər əvvəl ABŞ Dövlət katibi Hillari Klinton İslamabada səfər edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG