Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:56

ABŞ Çinlə hərbi sahədə əməkdaşlıq etmək niyyətindədir


Amerikanın müdafiə naziri Robert Qeyts Çinlə hərbi əməkdaşlığı düzəltməyə çağırıb.

Oktyabrın 27-də Qeyts Pentaqonda Çinin Mərkəzi Hərbi Şurasının sədr müavini, general Syu Çayxou ilə danışıqlar aparıb. Bu 2006-cı ildən bəri Çinin yüksək səviyyəli hərbi rəsmisinin ABŞ-a ilk səfəridir.

Analitiklərin fikrincə görüş Vaşinqtondala Pekin arasında münasibətlərin yaxşılaşmasının əlamətidir.

Çin ötən il ABŞ-ın Tayvana 6,5 milyard dollarlıq silah satmasına etiraz olaraq, onunla bütün hərbi əlaqələrini kəsmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG