Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:56
Şəhidlər Xiyabanında türk hərbçilərinin şərəfinə ucaldılan abidədən çıxarılmış Azərbaycan və Türkiyə bayraqları bu gecə yerinə qaytarılıb.

Gecə dirəklərin yerinə bərkidilməsini müşahidə etmək istəyən jurnalistləri yaxına buraxmayıblar. Bakı şəhər İcra Hakimiyyəti nümayəndələri deyirlər ki, səhər saat 10-a kimi bayraqlar hazır olmalıdır, onda gəlib çəkə bilərlər.

Bayrağın yenidən qaldırılması üçün işlər başlamasından az sonra Türkiyənin Bakıdakı səfiri Hülusi Kılıç Şəhidlər Xiyabanında olub.

Oktyabrın 28-də türkiyəli diplomatların və iki ölkənin parlament üzvlərinin də buraya gəlməsi gözlənilir.
Ertəsi gün də Bakıda Türk Şəhidliyi adalanan ərazidən Türkiyə bayrağı götürülmüşdü.

O zaman rəsmilər bunun Bursadakı hadisə ilə heç bir əlaqəsi olmadığını, sadəcə olaraq xarici dövlətlərin bayraqlarının Azərbaycan ərazisində ucaldılması haqqında yeni qanunu icra etdiklərini deyirdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG