Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:00

Bryüs-Li (Bruce Lee) pul qazanma]a davam edir


Bryüs-Li ölümündən sonra da pul qazandırmağa davam edir. Məşhur döyüş filmləri ustası və kinoaktyor Bryüs-Linin (Bruce Lee) qızı Şennon Li atasının müəllif hüquqlarını qorumaq üçün yeni kompaniya yaradıb. Şennon Li atasının iştirak etdiyi filmlər, şəkillər və başqa məhsulları alıb vahid bir brend adı altında birləşdirmək istəyir. İlk addım olaraq brucelee.com saytı da yaradılıb.

Şennon Li daha öncə Bruce Lee Enterprises və LeeWay Media Groupu təsis etmişdi. Bu şirkətlər vasitəsilə Şennon Li atasının müəllif hüququndan istifadəyə görə ildə 1 milyon dollara yaxın gəlir əldə edib. İndi Şennon Li bütün bu şirkətləri bir ad altında birləşdirməklə ildə 5-10 milyon dollar arasında gəlir götürməyi planlaşdırır.
XS
SM
MD
LG