Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:14

İran ona edilmiş təklifdə dıyişiklik edilməsini istəyir


İran onun nüvə proqramıyla bağlı beynəlxalq təklifi qəbul etməyə razıdı, amma eyni zamanda dəyişiklik tələb edir.

Bu barədə İranın Dövlət Televiziyası xəbər verib.

Televiziyanın verdiyi məlumata görə İran 48 saat ərzində Beynəlxalq aləmin təklifinə rəsmi cavab verəcək.

Tehrana təklif olunmuş planda onun nüvə proqramı üçün zənginləşdirilmiş uranın İranda yox, Rusiyada hazırlanması nəzərdə tutulur.

Beynəlxalq aləm ehtiyat edir ki, İran zənginləşdirilmiş urandan nüvə silahının istehsalında da istifadə edə bilər.

Amma Tehran ittihamı rədd edir.
XS
SM
MD
LG