Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:19

Rusiyanın yük gəmisi xilas edilib


Xəzər dənizində qəzaya uğrayan Rusiyanın yük gəmisi xilas edilib. Gəmi heyəti salamatdır.

«Vaqna Şippinq» şirkətinə məxsus «Fill» gəmisi Mahaçqaladan İrana üzürmüş. Oktyabrın 26-da gəmi Pirallahı adası yaxınlığında qəzaya uğrayıb. Azərbaycan Dövlət Dəniz Adminstrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, həyacan siqnalı alan kimi hadisə yerinə xilasetmə dəstəsi göndərilib.

Oktyabrın 27-də xilas edilən gəmi yedəyə alınıb. «Fill» Bakı limanına gətiriləcək.

Gəmidəki yük 400 ton kağız və 1381 ton polad olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG