Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:46

Tikinti şirkətinin rəhbəri məhkəmə qarşısına çıxarılıb


Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə «Azik» tikinti şirkətinin rəhbəri Azər Həmzəyevin məhkəməsi keçirilir.

İbtidai istintaqın qənaətinə görə, «Azik» şirkəti fərdi ev tikintisi ilə məşğul olub. 2007-2008-ci illər ərzində ev tikdirmək istəyən 22 nəfər Bakı sakinindən külli miqdarda pul alıb, lakin öhdəliyini yerinə yetirməyib. Müştərilərsə pullarını geri ala bilməyiblər.

Azər Həmzəyev isə ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, müştərilərdən biri Müşfiq Hüseynovun şikayəti əsasında həbs olunduğundan şirkət digər 22 müştərinin evini tikib başa çatdıra bilməyib.

Onun ifadəsinə görə, Bakı sakini Müşfiq Hüseynovla şirkət arasında 2007-ci ildə müqavilə bağlanıb və müştəri onlara 100 min manat ödəyib. Lakin inşaat işləri başa çatdıqdan sonra müştəri tikintinin keyfiyyətsiz aparıldığını bildirərək evi qəbul etməyib və pullarını geri istəyib.

Tikinti rəhbəri də əvvəlcə onun şikayəti əsasında həbs olunub. Digər 22 müştərinin sifarişi də bu səbəbdən yarımçıq qalıb. Məhkəmə prosesi davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG