Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:36
Milli Məclisin oktyabrın 27-də keçirilən iclasında iqtidaryönlü deputatlar ABŞ-ın vitse-prezidenti Co Baydenin Güney Qafqazdakı siyasi proseslərə bağlı bəyanatını tənqid ediblər.

Hakim Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzovun reaksiyası belə olub:

«Aparıcı dövlətlərin nümayəndələri var ki, ATƏT sədri, BMT üzvü kimi üzərlərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə altdan-altdan başqa dəstəklər verirlər. Onlar öz daxili işləri ilə məşğul olsunlar və hərbi polis rolunun yaddan çıxarsınlar».

YAP-çı deputat «narıncı» inqilabların baş verdiyi ölkələrin hazırda gərgin durumda olduğunu iddia edib:

«Rəngli inqilablar olan ölkələri nə günə qoydular. Gürcüstanda baş verənlərdən sonra yalnız təəssüf bildirdilər. Belə məsuliyyətsiz bəyanatlara görə həmin ölkənin konqresi və səfirliyinə müraciət olunmalıdır. Hərə öz işi ilə məşğul olsun».

Ana Vətən Partiyasından olan deputat Zahid Oruc belə bəyanatların keçmişdə də olduğunu xatırladıb:

«ABŞ Azərbaycanda demokratiya quruculuğuna dəstək verirsə, buna Qarabağdan başlasa yaxşı olar. Ölkədə demokratiya quruculuğuna işğal reallığı zərbə vurur. Azərbaycanı Belarus və Ermənistanla eyni tutmaq Azərbaycanı aşağılamaqdır».

Zahid Oruc da bildirib ki, məsələ ilə bağlı ABŞ səfirliyinə müraciət edilməlidir.

Oktyabrın 22-də Şərqi Avropaya səfər edən ABŞ-ın vitse-prezidenti Co Bayden Rumıniyadakı çıxışında Güney Qafqazdakı siyasi proseslərə də toxunub. O bildirib ki, 20 il öncə dünya birliyi Şərqi Avropada insanların qandallardan qurtulmasını həyəcanla seyr edirdi. Bu gün isə Rumıniya artıq Azərbaycan, Ermənistan kimi ölkələrə öz demokratiyalarını yaratmaları üçün yardım etmək iqtidarındadır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG